ATV -nin məşhur aparıcısı xəstəxanalıq oldu +FOTO

  • By admin
  • 16 Fevral 2018 14:09

ATV telekanalının məşhur aparıcısı İlqar Mikayıloğlu xəstəxanalıq olub.

Gununsesi.info ”Topxeber”ə istinadən bildirir ki Zaqatala rayonunda “İlqarla bir gün” verilişinin çəkilişləri zamanı aparıcı möhkəm soyuqlayıb.

Qripə yoluxan İlqar Mikayıloğlunun səhhəti pisləşdiyindən o, həkimə müraciət edib.

Onun həkimi Mahir Əliyevin verdiyi məlumata görə, müayinə olunan aparıcıya ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

Hazırda İlqar Mikayıloğlunun səhhəti normaldır.

Gununsesi.info