Avro-2016: Avstriya Macarıstana boyun əydi

  • By admin
  • 14 İyun 2016 21:53

euro 2016 Zoltan Stieber

Avropa çempionatında F qrupunun ilk oyunu keçirilib. Gununsesi.info xəbər verir ki,  Fransanın Bordo şəhərində baş tutan oyunda Avstriya və Macarıstan milliləri qarşılaşıblar.  Hər iki komandanın qələbə şansının yüksək olduğu oyunu fransalı baş hakim Kleman Turpen idarə edib. Oyunun birinci hissəndə komandalar bir neçə real qol şansını dəyərləndirə bilməyiblər. Birinci hissə qolsuz heç-heçə ilə tamamlanıb.

Matçın ikini hissəsinə gərgin başlayan komandalar ikinci yarının ilk dəqiqələrində də bir neçə qol şansını əldən veriblər. Yalnız 63-cü dəqiqədə Adam Salai özünün və komandasının ilk qolunu ataraq hesabı açıb: 1-0

65-ci dəqiqədə Hintereggerin vurduğunu  qolun qeydə alınmamasına isə Draqoviç səbəb olub. Belə ki, hakim Avstriyanın oyunçusu Aleksandr Draqoviçə kobud oyuna görə ikinci sarı kartı göstərib. Beləliklə, Avstriya azlıqda qalıb.

Macarıstan yığmasının futbolçusu Ştiber 87-ci dəqiqədə ikinci qolu vuraraq aradakı fərqi 2-ə çatdırıb.

Matçda başqa qol vurulmayıb və F qrupunun ilk qarşılaşmasında Macarıstan yığması qalib gəlib.