Avro-2016: Belçika – İrlandiya – 3:0 - FOTO, VİDEO

  • By admin
  • 19 İyun 2016 14:10

Belgium and İreland

“Avro-2016”nın E qrupunda daha bir oyun keçirilib.

Gununsesi.info xəbər verir ki, qrupda yer alan iki komanda Belçika və İrlandiya milliləri münasibətlərinə aydınlıq gətirib .

Bu oyun qrupda ikinci yerə yüksəlmək baxımından hər iki komanda üçün önəmli idi. Türkiyəli referi Cüneyt Çakırın idarə etdiyi oyun belçikalıların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 3:0.

Qeyd edək ki, artıq bu qrupdan İtaliya millisi 1/8  finala yüksəlib.
18 iyun

E qrupu

17:00. Belçika – İrlandiya – 3:0
Qollar: Romelu Lukaku, 48 (1:0), Axsel Vitsel, 61 (2:0), Lukaku, 70 (3:0)
Baş hakim: Cüneyt Çakır
Yan xətt hakimləri: Bahattin Duran Tarık Onqun
Əlavə köməkçi-hakimlər: Hüseyin Göçek Barış Şimşek (hamısı Türkiyə)
Bordo, “Stad-de-Bordo” stadionu.