Avro-2016: İtaliya Belçikaya qalib gəldi - VİDEO

  • By admin
  • 14 İyun 2016 07:50

100595974_italy_vs_belgium-xlarge_trans++dMBdErL2fP5sILxlIXuqDIr0QtAa-0f50zsvKD2dguU

Avro-2016 çərçivəsindbə növbəti oyunlar keçirilib. Gununsesi.info xəbər verir ki, bu dəfə çempionatın əsas favoritlərindən sayılan Belçika və İtaliya milliləri qarşılaşıbşar. Yüksək səviyyəli oyunçulardan qurulmuş heyəti ilə çempionluğa əsas namizədlərdən biri olan “qırmızı şeytanlar”ın nəsildəyişmə prosesi keçirən İtaliya ilə qarşılaşması gözlənildiyi kimi maraqlı mübarizə şəraitində keçib. Qarşılıqlı hücumlarla başlayan matçda hesabı 32-ci dəqiqədə açılıb. Emanuele Giaçerini təkbətəki boşa verməyib.

Qoldan sonrakı təxminən bir saatı hücumda keçirən Belçika millisinin bütün cəhdləri faydasız qalıb. Olduqca soyuqqanlı şəkildə müdafiə olunan İtaliya millisi və Buffon qapısının toxunulmazlığını qoruyub-saxlaya bilib. Əvəzində isə qarşılaşmanın son saniyələrində Pelle yekun nəticəni təyin edib – 2:0.

E qrupu

23:00. Belçika – İtaliya – 0:2
Qol:
Emanuele Giaçerini, 32, Pelle, 90+3.
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Lion. “Stade de Lion”