“Avro-2020”yə ev sahibliyi edəcək Münxenin loqosu təqdim olunub

  • By admin
  • 28 Oktyabr 2016 22:21

munhen

“Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən birinin – Münxenin loqosunun təqdimat mərasimi olub.

Gununsesi.info xəbər verir ki, tədbirdə UEFA-nın prezidenti Aleksander Çeferin Almaniya Futbol İttifaqının rəhbəri Raynhard Qrindal və “Bavariya”nın sədri Karl-Hayns Rummeninge də iştirak edib.

Loqotipdə Anri Delone kuboku, həmçinin çapar əks olunub.

Xatırladaq ki, “Avro-2020”nin dörd – qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir oyunu Bakıda təşkil olunacaq. 2020-ci ildə təşkil olunacaq Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən biri olan Bakının bu yarışla əlaqədar loqosunun təqdimat mərasimi sentyabrın 30-da olub.

Gununsesi.info