Avropa Liqasında pley-offun bütün iştirakçıları müəyyənləşib.
Gununsesi.info-nun məlumatına görə, Çempionlar Liqasının 15 uğursuzu və Avropa Liqasında tur adlayan 29 komanda 44 iştirakçını təşkil edib.
Son üç mövsümdə bu raundda təmsil olunan Azərbaycan bu dəfə yarışdan kənar qalıb. Hərçənd 2014/15 mövsümündə “Qarabağ”, 2015/16 və 2016/17 mövsümlərində Ağdam təmsilçisi ilə “Qəbələ” Avropa Liqasının pley-offunda olmuşdu. Bu dəfə “Qarabağ” Çempionlar Liqasının pley-offundadısa, qəbələlilər üçün avrokubok mövsümü bitib.
44 iştirakçı bu gün İsveçrənin Nyon şəhərindəki püşkatmada 22 cütlük təşkil edəcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
44 komanda reytinqinə görə artıq iki səbətə bölünüb.
Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 17-də, cavab matçları 24-də keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
Səpələnmişlər
“Zenit” (Rusiya) – 87,106
“Dinamo” (Kiyev, Ukrayna) – 67,526
“Ayaks” (Hollandiya) – 67,212
“Atletik” (İspaniya) – 60,999
“Fənərbaxça” (Türkiyə) – 51,840
“Milan” (İtaliya) – 47,666
“Viktoriya” (Çexiya) – 40,635
“Zalsburq” (Avstriya) – 40,570
“Brügge” (Belçika) – 39,480
“Braqa” (Portuqaliya) – 37,366
PAOK (Yunanıstan) – 35,080
“Lüdoqorets” (Bolqarıstan) – 34,175
“Krasnodar” (Rusiya) – 32,106
BATE (Belarus) – 29,475
“Everton” (İngiltərə) – 29,192
“Legiya” (Polşa) – 28,450
“Marsel” (Fransa) – 28,333
“Dinamo” (Zaqreb, Xorvatiya) – 26,050
“Makkabi” (Təl-Əviv, İsrail) – 23,375
“Austriya” (Avstriya) – 17,070
“Midtyulland” (Danimarka) – 16,300
“Partizan” (Serbiya) – 16,075
Səpələnməmişlər
“Panatinaikos” (Yunanıstan) – 15,080
“Maritimo” (Portuqaliya) – 14,866
“Rusenborq” (Norveç) – 12,665
“Hayduk” (Xorvatiya) – 11,550
“Şerif” (Moldova) – 11,150
“Apollon” (Kipr) – 10,710
“Aleksandriya” (Ukrayna) – 9,526
“Videoton” (Macarıstan) – 8,650
“Srvena Zvezda” (Serbiya) – 7,325
“Skenderbeu” (Albaniya) – 6,825
“Utrext” (Hollandiya) – 6,712
AEK (Yunanıstan) – 6,580
“Altax” (Avstriya) – 6,570
AEK (Kipr) – 6,210
“Hafnarfyordur” (İslandiya) – 6,175
“Vitorul” (Rumıniya) – 5,870
“Osiyek” (Xorvatiya) – 5,550
“Vardar” (Makedoniya) – 5,125
“Domjale” (Sloveniya) – 4,125
“Ostersun” (İsveç) – 3,945
“Şkendiya” (Makedoniya) – 3,375
“Suduva” (Litva) – 1,825
Gununsesi.info