Ermənistan güləşçiləri Bakıya gələcək

  • Müəllif: Firuzə
  • 21 İyul 2026 20:12
Ermənistan güləşçiləri iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında iştirak edəcəklər.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ermənistan yığması sərbəst güləş üzrə 6, yunan-Roma güləşi üzrə isə 10 idmançı ilə təmsil olunacaq.

Gununsesi.info