Özgür Özəl 85 deputatı özü ilə Yeni Partiyaya apardı

  • Müəllif: Firuzə
  • 21 İyul 2026 20:28

Məlum olduğu kimi, bu ilin mayında Ankara Bölgə Ədliyyə Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib.

Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb.

CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin isə vəzifəsi bərpa olunub.

Bunun ardınca, partiya daxilində tərəflər arasında siyasi qarşıdurma və mübahisə yaranıb.

Ancaq görünən odur ki, Kemal Kılıçdaroğlu partiyanın bütövlüyünü qoruya bilməyib.

Belə ki, Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsindən kənarlaşdırılan Özgür Özel partiyanın bugünkü qrup iclasında çıxış edib.

Gununsesi.info  xəbər verir ki, o, çıxışı zamanı bu gün CHP ilə vidalaşdığını və yeni partiya yaradacağını bəyan edib.

Özgür Özel yeni yaradılacaq partiyanın “Yeni Partiya”adlanacağını açıqlayıb.

Özel həmçinin Yeni Partiyanın Türkiyə Böyük Millət Məclisində (TBMM) əsas müxalifət partiyası olacağını bəyan edib.

Elmar
Gununsesi.info