Futbol üzrə XV Avropa çempionatı start götürüb. Gununsesi.info xəbər verir ki, Fransada keçirilən qitə birinciliyində, ilkin mərhələdə 24 komanda altı qrupda mübarizə aparacaq.
Turnirin açılış oyunu Parisin “Sen-Deni” stadionunda keçirilib. Oyundan öncə isə turnirin təntənəli açılış mərasimi keçirilib. İlk oyun Bakı vaxtı ilə saat 23.00-də meydan sahibi olan Fransa yığması ilə Rumıniya arasında başlayıb. Oyun 2-1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, qrup mərhələsinin son oyunları iyunun 22-də keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar və üçüncü yerdə qərarlaşan ən yaxşı dörd komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. 1/8 final matçları iyunun 25-dən 27-dək, ¼ finallar – iyunun 30-dan iyulun 3-dək, yarımfinallar isə iyulun 6-sı və 7-də baş tutacaq. Final matçı iyulun 10-da Parisdə keçiriləcək.
Gununsesi.info