Avropa İttifaqına sədrlik növbəsi yeniləndi

  • By admin
  • 28 İyul 2016 00:18

ai

Avropa İttifaqı 2030-cu ilə qədər şura sədrliyi edəcək ölkələrin ardıcıllıqlar siyahısını açıqlayıb. Gununsesi.info qurumun saytına istinadən xəbər verir ki, referendumla Avropa İttifaqında çıxan İngiltərənin adı sədrlik siyahısından çıxarılıb. Onun yerinə Xorvatiyanın adı siyahıya salınıb. Məlumat üçün bildirək ki, Xorvatiya 1 iyul 2013-cü il tarixində İttifaqa qoşulub. Sədrlik 1 iyuldan etibarən Hollandiyadan Slovakiyaya keçib. Slovakiyaya sədrlik 2017-ci il yanvarın 1-də Maltaya təhvil verəcək.

Qeyd edək ki, Avropa İttifaqında sədrlik müddəti altı aydır. Sədr olan ölkə ittifaqın iclaslarını idarə edir və Aİ üçün müzakirəsi vacib olan mövzuları müəyyənləşdirir.

Avropa İttifaqına 27 ölkə üzvdür.