Avropa İttifaqı ilə danışıqlarımız uğurla davam edir - MAHMUD-MƏMMƏD QULİYEV

  • By admin
  • 23 May 2018 09:17

Avropa İttifaqı (Aİ) -Azərbaycan tərəfdaşlığı haqqında yeni sazişə dair danışıqların növbəti mərhələsi gələn həftə Bakıda keçiriləcək.

GUNUNSESİ.İNFO  bildirir ki, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

M.Məmmədquliyev bildirib: “Ötən il başlayan danışıqlar üç əsas istiqamətdə – siyasi və təhlükəsizlik məsələləri, ticarət və investisiya məsələləri və müxtəlif sektoral məsələlər üzrə uğurla davam edir”

Nazir müavininin sözlərinə görə, növbəti görüşdə siyasi məsələlər müzakirə olunacaq.

Danışıqların sonuncu mərhələsi may ayının əvvəlində baş tutub.

Gununsesi.info