“Kurtlar Vadisi”nin əfsanəvi oyunçusu ölüm ayağında

  • By admin
  • 23 May 2018 09:23

Türk televiziya tarixinin əfsanəvi serialları arasında liderlik edən “Kurtlar vadisi”nin musiqilərini hazırlayan Gökhan Kırdar təcili xəstəxanaya yerləşdirilib.

GUNUNSESİ.İNFO  axar.az-a istinadən bildirir ki, səhhəti ağırlaşan məşhur müğənni və bəstəkarın ağzından qan gəlib. Məlum olub ki, Kırdar bazar günündən bəri reanimasiyada yatır. Hazırda Kırdar intensiv müalicə altındadır.

2002-ci ildən bu yana “Kurtlar vadisi” serialının musiqilərini hazırlayan Kırdar 2004-cü ildə “Kurdlar vadisi” Vol.1 və Vol.2 serial albomlarını təqdim edib. 2002-ci ildən etibarən film və televiziya layihələri üçün hazırladığı musiqilər sayəsində məşhurlaşan Kırdar 2005-ci ildə “Haziran gecəsi” və “Yabancı damat” serialının musiqilərinin də yer aldığı albomlarını çıxarıb, həmçinin bir çox xarici musiqi şirkətiylə əməkdaşlıq edib.