
Avropa İttifaqı(Aİ) Azərbaycanla yeni sazişin mətnini gələn ilin “Şərq Tərəfdaşlığı proqramı”nın 10 illiyi qeyd ediləcəyi may ayınadək razılaşdırmağı düşünür.
Gununsesi.org bildirir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas report.az-a bildirib.
Diplomat danışıqların növbəti mərhələsinin bu ayın əvvəlində Bakıda keçirildiyini xatırladıb. “Çox mühüm irəliləyişə nail olunub, xüsusilə də ticarət sahəsində”, -deyən Aİ rəsmisinin sözlərinə görə, növbəti danışıqların gələn ilin yanvarında keçirilməsi üçün Brüsseldə məqsədyönlü işlər görülür: “Belə demək olar ki, sənədin mətnini Şərq Tərəfdaşlığının 10 illiyi tədbirlərinədək razılaşdırmağa ümidvarıq ki, bəlkə gələn ilin ortalarında təsdiqlədə bilərik”.
Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev isə deyib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi mart ayınadək imzalana bilər. Nazir müavini bildirib ki, saziş hazırlanıb paraflanması Azərbaycan üçün əsasdır. Məsələnin gecikməsinin səbəbi Avropa İttifaqında islahatların aparılmasıdır.
Gununsesi.org












