
Avropa İttifaqına alternativ olaraq Avropa Alyansının yaradılması təklif olunur. Belə bir təkliflə Fransada prezidentliyə namizəd, Xalq Cəbhəsi Partiyasından olan namizəd Mariya Le Pen çıxış edib.
Gununsesi.info xəbər verir ki, “Avropa 1” radiostansiyasına müsahibəsində M.L.Pen Avropa İttifaqının əvəsinə müstəqil və suveren dövlətlərin Avropa Alyansının yaradılmasını təklif edib:
“Mən bir avropalı olaraq öz siyasi kursunu tamamailə dəyişən Avropa İttifaqı kimi bir siyasi strukturun olmasını istəmirəm. O zaman biz yeni bir ad altında fəaliyyət göstərə bilərik. Məsələn, müstəqil dövlətlərin Avropa Alyansı, hansı ki, bu birlik dövlətlərin milli maraqlarına ziddiyət təşkil etmədən bir layihə əsasında birləşsinlər. Avropa İttifaqının da əsas problemi budur. Necə deyərlər, Aİ praktik olaraq totalitar bir quruma çevrilib”.
M.L.Pen onu da əlavə edib ki, Aİ-nin bu siyasətindən bir sıra Avropa ölkələri əziyət çəkir. “Ona görə də Aİ-nin idarəetmə modelində radikal islahatlar həyata keçirilməlidir. Mən Aİ-nin yerinə yaranacaq yeni qurumun adını müstəqil və suveren dövlətlərin Avropa Alyansı olmasını təklif edirərm”- deyə, o, bildirib.
Qeyd edək ki, Fransada aprelin 23-də prezident seçkilərinin birinci turu keçirilib. Birinci turda 11 namizəd iştirak edib və heç bir namizəd ilk turda lazım olan səsi toplayaraq Fransanın prezidenti adını ala bilməyib. Birinci turda ancaq “İrəli” Hərəkatının lideri, sabiq iqtisadiyyat naziri Emmanuel Makrob seçicilərin 24,01 faizini və M.L.Pen 21,3 faiz səsini toplayaraq ikinci tura keçiblər. İkinsi tur isə mayın 7-də keçiriləcək.
Mürtəza
Gununsesi.info