Peskov Rusiyanın Aİ sanksiyalarına uyğunlaşdığını bildirdi

  • Müəllif: Firuzə
  • 27 İyul 2026 22:12

Rusiya Avropa İttifaqının (Aİ) sanksiyalarına uyğunlaşıb və bu təzyiqlər altında yaşayıb inkişaf etməyi öyrənib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Aİ-nin Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketini şərh edən D.Peskov qeyd edib ki, hazırda qlobal iqtisadiyyatda sürətli artım dövrü olmasa da, Rusiya iqtisadiyyatda müəyyən inkişaf tempini qoruyub saxlaya bilir.

Gununsesi.info