Sankt-Peterburqda Qanunvericilik Məclisinə namizəd saxlanılıb.
Gununsesi.info bu barədə Rusiya mediasına istinadən məlumat verir.
Nəşrin məlumatına görə, polis onu evindən çıxarkən saxlayıb. Hazırda o, Sankt-Peterburqun Vasileostrovski rayonundakı 30-cu polis bölməsində saxlanılır.
Hüquq-mühafizə orqanlarının əməkdaşları da bir gün əvvəl onun evinə baş çəkiblər.
Vavilinanın ekstremist simvollar nümayiş etdirməkdə ittiham olunacağı gözlənilir.
Əgər bu baş verərsə, o, seçkilərdən kənarlaşdırılacaq.
Oxşar ittihamlar artıq hazırkı seçki kampaniyasında bir neçə digər namizədin geri çəkilməsinə səbəb olub.
Qeyd edək ko, 8 sentyabrda məhkəmə Nijni Novqorod vilayətinin 133 saylı dairəsi üzrə Dövlət Dumasına namizəd olan və Yabloko partiyasını təmsil edən Dmitri Smirnovun qeydiyyatını ləğv etdi.
Partiya bildirib ki, Pensiyaçılar Partiyası Smirnovun 2015-ci ildə Motörhead qrupunun solisti Lemmi Kilmisterin paylaşdığı fotoya görə onun qeydiyyatının ləğvi üçün məhkəməyə müraciət edib. Fotoda alman xaçı tapılıb və bu, ekstremist simvolların nümayiş etdirilməsi barədə məlumatın yayılmasına səbəb olub.
Elmar











