Emy Karlon Şuşada “11 sentyabr terroru”ndan danışdı

  • Müəllif: Orxan
  • 11 Sentyabr 2026 17:11

Qarabağda səfərdə olan ABŞ-ın Azərbaycandakı müvvqəti işlər vəkili Emy Karlon Şuşada bəyanatla çıxış edib.

Gununsesi.info xəbər verir ki, amerikalı diplomat “11 Sentyabr terrorunu” xatırladaraq bunları deyib:

“Bizim dünya ticarət mərkəzində səhər 8.46 saatda, burada isə saat 16.46-da baş vermiş terror aktı nəticəsində 3000-ə yaxın insan həyatını itirdi və minlərlə insan isə bu hadisədən sonra dünyasını dəyişdi. Hücumlar ABŞ-da həyata keçirilmişdir, lakin bütün dünya bu hücumların təsirinə məruz qaldı. Mənə gəlincə, mən ilk postumda diplomat kimi çalışırdım və bu hücum bütün karyeramı təsir etdi. Ona görə də təklif edirəm ki, bu hadisədə həyatını itirən şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

Pərviz

Gununsesi.info