Xəbər verdiyimiz kimi sentyabrın 10-da sənətşünaslıq doktoru, professor, teatrşünas, Azərbaycanın Əməkdar incəsənət xadimi İsrafil Ramazan oğlu İsrafilovun doğum günündür.
Gununsesi.info xəbər verir ki, İsrafil İsrafilov pedaqoji fəaliyyəti ilə yanaşı Türkdilli ölkələrin dövlət teatrları şurasının sədri kimi Türkdilli ölkələrin dövlət teatrlarının yaradıcılıq əməkdaşlığına xüsusi önəm verir.
İsrafil İsrafilov filologiya üzrə fəlsəfə doktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor, bir çox beynəlxalq və respublika mükafatları laureatı, Azərbaycanın Əməkdar incəsənət xadimi, Türkdilli ölkələrin dövlət teatrları şurasının sədri, Teatr Xadimləri İttifaqının idarə heyətinin və Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının, eləcə də Beynəlxalq Muzeylər Assosiasiyasının üzvüdür. İsrafil İsrafilov həm öz ölkəsində, həm də onun hüdudlarından kənarda tanınır.15 kitabın və 500-dən çox məqalənin müəllifidir.Böyük maraqla qəbul olunan monoqrafiyaları və dərs vəsaitləri xarici dillərə, ərəb, rus, fars dillərinə tərcümə olunub.
İsrafil İsrafilov ardıcıl olaraq Çin, Hindistan, Gürcüstan, Polşa, Moldova, Rusiya, İsveç, Fransa, Böyük Britaniya, İtaliya, İran, Türkiyə və eyni zamanda Qazaxıstan, Özbəkistan, Türkiyə, Türkmənistan, Xakasiya, Tuva, Tatarıstan, Başqırdıstan teatrlarının daxil olduğu Türkdilli ölkələrin dövlət teatrları ilə yaradıcılıq əlaqələri qurub.
Professoru doğum günü münasibətilə bir çox görkəmli sənət adamları təbrik ediblər.
Onlardan İranlı yazıçı, rejissor Əkbər Sadiqi, Qazaxıstan Akademik Milli Dram teatrının bədii rəhbəri, professor Asanali Aşimov, Tbilisi Dövlət Dram teatrının bədii rəhbəri, rejissor Levan Tsuladze, Tacikistandan teatrşünas Məhəmədullo Təbəri, türk rejissor, aktyor Mustafa Kurt, Qırğızıstanın Xalq yazıçısı, rejissor Janış Kulmambetov, Qırğızıstanın Əməkdar artisti, rejissor Nazım Mendebairov, Kazan Dövlət Mədəniyyət İnstitutunun rektoru Roza Axmadiyevanın videotəbriklərini təqdim edirik:
İlhamə Məmmədova










