Azərbaycanlı karikaturaçı beynəlxalq müsabiqədə 3-cü yeri tutub

Azərbaycanlı karikaturaçı Soltan Soltanlı Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən XI Beynəlxalq Animal Cartoon müsabiqəsində üçüncü yerə layiq görülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Soltan Soltanlı sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilib ki, “Ev heyvanları” mövzusuna həsr olunan müsabiqəyə 56 ölkədən 343 rəssam qatılıb. İştirakçılar ümumilikdə 1 372 karikatura təqdim ediblər.

Müsabiqənin nəticələrinə əsasən, Avstriyadan Klaus Pitter birinci, Kiprdən İqor Vartçenko ikinci, Azərbaycandan Soltan Soltanlı isə üçüncü yerə layiq görülüb. Serbiyalı Nedeljko Uboviç isə Lazo Sredanoviç adına xüsusi mükafata layiq görülüb.

1554601