Məktəbin qarşısında dini şüarlar səsləndirdilər, şüşələri sındırdılar – VİDEO

  • Müəllif: Orxan
  • 12 Oktyabr 2026 14:56

Nardaranda 130 saylı tam orta məktəbdə vahid geyim qaydalarının tətbiqi ilə bağlı ictimai qaydanın pozulması halı qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu gün səhər saatlarında məktəbdə toplaşan bir qrup şəxs təhsil işçiləri ilə münaqişə yaradıb və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.

Məlumata görə, həmin şəxslər radikal dini şüarlar da səsləndiriblər.

Bundan başqa, daxil olan məlumata görə, Binə qəsəbəsindəki 121 nömrəli tam orta məktəbin şüşələri sındırılıb, müəllim heyətinə və mühafizə əməkdaşlarına hücum edilib.

Hadisələrlə bağlı görüntüləri təqdim edirik.