Xəbər verdiyimiz kimi, sentyabrın 10-u sənətşünaslıq doktoru, professor, teatrşünas, Azərbaycanın Əməkdar incəsənət xadimi İsrafil Ramazan oğlu İsrafilovun doğum günü idi.
Gununsesi.info xəbər verir ki, İsrafil İsrafilov Türkdilli ölkələrin dövlət teatrlarının rəhbəri şurasının sədri kimi ardıcıl və səmərəli iş aparır, bu ölkələrin xalqları arasında yaradıcılıq inteqrasiyası, qarşılıqlı təsir və mədəniyyətlərin qarşılıqlı nüfuzu prosesinə öz töhfəsini verir.
Professoru doğum günü münasibətilə bir çox sənət adamları təbrik edib.
Onların arasında “Türksoyun” baş katibi, Qırğızıstanın Xalq yazıçısı Sultan Rayev də var.
Xalq yazıçısı professor haqqında xatirələrini bölüşüb, ad günü münasibətilə ona təbriklərini çatdırıb.
Həmin görüntüləri təqdim edirik:
İlhamə Məmmədova










