Bağça müəllimlərinin sertifikasiyası gələn aydan başlanılacaq

  • Müəllif: Firuzə
  • 11 Sentyabr 2026 10:31

“1300 tərbiyəçi-müəllim müxtəlif meyarlar üzrə qiymətləndirmələrdən keçərək məktəbəqədər təhsil müəssisələrində işə başlayıb”.

Gununsesi.info xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.

O qeyd edib ki, həmin şəxslər həm test imtahanlarından, həm də müsahibə mərhələsindən uğurla keçmiş ixtisaslı kadrlardır: “Bu istiqamətdə atılan ikinci addım mövcud məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi olub. Ötən illərdə bu prosesdə 12 minə yaxın tərbiyəçi iştirak edib”.

Eşqi Bağırov əlavə edib ki, tərbiyəçi kadrların inkişafı və əməyinin stimullaşdırılması istiqamətində növbəti addım onların sertifikatlaşdırma prosesinə cəlb olunması olacaq: “Oktyabr-noyabr aylarında bu proses də təşkil olunacaq”.

Gununsesi.info