Şəfiqə Məmmədova AKİ-nin yeni sədri seçildi

  • Müəllif: Orxan
  • 11 Sentyabr 2026 12:39

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədri seçilib.

Gununsesi.info xəbər verir ki, Nizami Kino Mərkəzində keçirilən seçki konfransına İttifaqın 206 üzvü qatılıb.

Sədr postuna vahid namizəd kimi Şəfiqə Məmmədova təqdim olunub.

Səsvermənin nəticələrinə əsasən, o, AKİ-nin yeni sədri seçilib.

Gununsesi.info