Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədr seçkisində Xalq artisti Həmidə Ömərovanın namizədliyi qəbul edilməyib.
Gununsesi.info xəbər verir ki, İttifaqın konfransında sədr postuna vahid namizəd kimi Xalq artisti Şəfiqə Məmmədova təqdim olunub.
Bu qərar AKİ-nin bəzi üzvlərinin etirazına səbəb olub. Onlar Həmidə Ömərovanın da namizədliyinin nəzərə alınmasını tələb ediblər.
Etirazlara cavab verən Şəfiqə Məmmədova onun vahid namizəd kimi irəli sürülməsinin İttifaqın İdarə Heyətinin qərarı olduğunu bildirib.
Qeyd edək ki, Həmidə Ömərovanın sədrliyə namizədliyi konfransdan bir gün əvvəl irəli sürülmüşdü. Buna qədər İdarə Heyəti Şəfiqə Məmmədovanın namizədliyini yekdilliklə təsdiqləmişdi.
Beləliklə, AKİ sədrliyinə seçki yalnız Şəfiqə Məmmədovanın namizədliyi ilə keçiriləcək.
12:09
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) növbəti konfransı başlayıb. Nizami Kino Mərkəzində keçirilən konfransın əsas məsələsi İttifaqın yeni sədrinin seçilməsidir.
Gununsesi.info xəbər verir ki, sədr postu uğrunda Xalq artistləri Şəfiqə Məmmədova və Həmidə Ömərova mübarizə aparırlar.
AKİ-də sədr vəzifəsi Xalq artisti Rasim Balayevin 29 mart 2026-cı ildə vəfatından sonra boş qalıb. O, 2024-cü ildə iki kino ittifaqının birləşmə konfransında qurumun sədri seçilmişdi.
Avqustun 28-də keçirilən İdarə Heyətinin iclasında sədr səlahiyyətlərinin müvəqqəti olaraq Şəfiqə Məmmədovaya həvalə edilməsi qərara alınıb. Həmin iclasda onun sədr vəzifəsinə vahid namizədliyi də yekdilliklə təsdiqlənib.
İttifaqın İdarə Heyətinin üzvü və icraçı katibi Əli İsa Cabbarovun da namizədlər arasında adı çəkilsə də, o, sonradan namizədliyini geri götürüb və tutduğu vəzifələrdən istefa verib.
Buna görə də konfransadək seçkinin alternativsiz keçiriləcəyi gözlənilirdi. Lakin sentyabrın 10-da, səsverməyə bir gün qalmış Həmidə Ömərovanın da sədrliyə namizədliyi irəli sürülüb.










