Ermənistan Rusiyanın qazın qiymətini artıracağı təqdirdə Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının ölkədə qalmasına görə icarə haqqını artıra bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri, Baş nazir Nikol Paşinyanın partiyasının deputatı Vilen Qabrielyan “Factor” nəşrinə müsahibəsində bildirib.
O, Paşinyanın Rusiyanın qazın qiymətini artıracağı təqdirdə Ermənistanın da indiyədək pulsuz olan xidmət və resurslara qiymət müəyyənləşdirə və ya mövcud qiymətləri artıra biləcəyi barədə dünənki açıqlamasını şərh edib.
Qabrielyanın sözlərinə görə, bu yanaşma 102-ci Rusiya hərbi bazasına da şamil oluna bilər.
“Şəxsi fikrim ondan ibarətdir ki, bazanın maliyyə məsələləri ilə bağlı da belə bir yenidən hesablama aparıla bilər. Çünki bildiyimiz kimi, bazanın yerləşdiyi ərazi və onun xidmət göstərilməsi əsasən Ermənistanın hesabına həyata keçirilir”, – deyə deputat bildirib.
Qeyd edək ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistanın Gümrü şəhərində yerləşir.












