Mirmehdi Ağaoğlu: “İndi Həmidə xanımın zamanıdır”

  • Müəllif: Orxan
  • 11 Sentyabr 2026 11:04

Yazıçı Mirmehdi Ağaoğlu Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) keçiriləcək sədr seçkisi ilə bağlı fikirlərini bölüşüb.

Gununsesi.info-nun xəbərinə görə, Ağaoğlu AKİ sədrliyinə namizədlərdən Həmidə Ömərova və Şəfiqə Məmmədovanı kino obrazları ilə müqayisə edib.

“Şəfiqə xanım da gözəldir. Həmidə xanım da. Öz ailəsi üçün sinəsini sipər edən Cəbişin arvadı da əzizdir. Atasının istəyinə tabe olmayıb, parıltıya aldanmayıb sürücünü seçən Zümrüd də”, – deyə yazıçı qeyd edib.

O, ardınca Həmidə Ömərovanın dövrünün çatdığını vurğulayıb:

“Ancaq indi Həmidə xanımın zamanıdır. Mayakdan enməyinin vaxtı çatıb. Axır sözü AKİ-çilər deyəcək”.

Elmar
Gununsesi.info