Prezidentin köməkçisi Hikmət Hacıyev Həsən Cəlal Dəvlanın nəslindən olan Həsən Cəlal Allahverdibəyovun məzarüstü abidəsi ilə bağlı paylaşım edib.
Gununsesi.info xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.
Paylaşımda bildirilir ki, XX əsrin əvvəllərinədək sözügedən nəslin nümayəndələri öz məşhur əcdadlarının – Alban hökmdarı və Gəncəsər monastırının banisi Həsən Cəlal Dəvlanın adını nəsildən-nəslə yaşadıblar.
Hikmət Hacıyev qeyd edib ki, Həsən Cəlal Allahverdibəyovun məzarüstü abidəsi əsrlər boyu davam edən tarixi varisliyin və əcdadların yaddaşının maddi sübutudur.
Qeyd edək ki, Həsən Cəlal Dəvla XIII əsrdə Qarabağda hakim olmuş hökmdar kimi tanınır.










