Avropa Birliyi rəsmilərini daşıyan təyyarə qəzaya düşdü - 5 ölü

  • Müəllif: admin
  • 24 Oktyabr 2016 12:18

ai

Avropa İttifaqının məsul şəxslərini aparan təyyarə bu gün səhər saatlarında qəzaya uğrayıb.

Gununsesi.info türk mətbuatına istinadən xəbər verir  ki,  qəza Malta ərazisində  baş verib. Belə ki, təyyarəninqəzaya uğraması nəticəsində 5 nəfərdən çox sərnişin həlak olub.

Məlumata görə, “Metroliner” tipli təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin rəsmi nümayəndələrini Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misratu bölgəsinə aparırmış. Təyyarə havaya qalxandan az sonra qəzaya uğrayıb və yerə çarpılıb. İlkin məlumata görə, təyyarədə 10 nəfər sərnişin olub. 

Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir. 

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır. 

Gülnaz Qənbərli

Gununsesi.info