Unutqanlığı aradan qaldırmağın yolları

  • Müəllif: admin
  • 24 Oktyabr 2016 12:25

unutqan

Dövrümüzün probləmlərindən biri olan unutqanlıq günü-gündən artmaqdadır. Çoxumuz hətta evin digər otağına keçdikdə buraya niyə gəldiyimizi unuduruq. Alimlərin fikrincə, bu tip problemlərlə qarşılaşmamaq üçün qəbul etdiyimiz qidalara diqqət etməliyik.

Gununsesi.info unutqanlığın qarşısını alan qidaların bəziləri ilə sizi tanış edir:

1.Omeqa 3 yağı alzeimer xəstəliyi riskini azaldır. Unutqanlığın qarşısını almaq üçün həftədə 2 dəfə omeqa yağı ilə zəngin olan balıq yemək mütləqdir.

 

omeqa

2.Qoz omeqa 3 ilə zəngin çərəzlərdəndir. Güclü hafizəyə sahib olmaq üçün gündə 3 ədəd qoz yemək lazımdır.

Qoz

3.Üzüm, xüusən də kişmiş zehni qüvvətləndirir və unutqanlığın qarşısını alır.

kismis

4.Böyürtkən insana gümrahlıq verən və zehni yorğunluğu yox edən gücə sahibdir.

boyurtken

5.Tünd şokolad hafizənin güclənməsinə kömək edir. Bunun səbəbi isə kakaonun tərkibindəki flavonların beyindəki qan dövranını sürətləndirməsidir.

sokolad

6.Mixəkli çay unutqanlıq riskini azaldır, yaddaşı gücləndirir.

mixek

7.Kərəviz sinir yorğunluğunu yox edir, zehni canlandırır.

keruz

Nigar Cəfərli

Gununsesi.info