Avropa Komissiyası Azərbaycana maliyyə vəsaiti ayıracaq

  • Müəllif: admin
  • 25 Yanvar 2018 18:04

Avropa Komissiyası Azərbaycan qazının Avropaya tədarükü məqsədilə reallaşdırılan layihələrə 1,8 milyon avrodan çox məbləğ ayıracaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi saytında məlumat dərc olunub.

Qeyd olunur ki, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Türkmənistan və Azərbaycandan Avropa İttifaqına istiqamətlənmiş layihələrin, o cümlədən, Cənubi Qafqaz qaz boru kəmərinin genişləndirilməsi, Transxəzər və Transanadolu qaz boru kəmərlərinin reallaşdırılmasına 1 871 725 avro ayrılacaq.

Gununsesi.info