Avropa Liqasında 1/4 final həyəcanı

  • By admin
  • 05 Aprel 2018 12:58
Bu gün Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Gununsesi.info xəbər verir ki, 1/8 finalda “Milan”ı mübarizədən kənarlaşdıran “Arsenal” bu dəfə ÇSKA-nı qəbul edəcək. Ölkə çempionatında işləri qaydasında getməyən “topçular” qitənin ikinci dərəcəli klub turnirində uğur qazanmaqla, Premyer Liqadakı uğursuzluğu unutdurmaq niyyətindədi. Ruslar isə Londondan sərfəli hesabla qayıtmağı planlaşdırır.
Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olmuş “Atletiko” isə evdə “Sportinq”lə üz-üzə gələcək.
Digər oyunları diqqətinizə çatdırırq:
Avropa Liqası, 1/4 final
İlk oyunlar
5 aprel
23:05 Leyptsiq (Almaniya) – Marsel (Fransa)
23:05 Arsenal (İngiltərə) – ÇSKA (Rusiya)
23:05 Atletiko (İspaniya) – Sportinq (Portuqaliya)
23:05 Latsio (İtaliya) – Zalsburq (Avstriya)
Gununsesi.info