Avropa Məhkəməsi Ramil Səfərovla bağlı qərarını elan edəcək – Ermənilərin Azərbaycan və Macarıstana qarşı iddiası üzrə

  • By arzu
  • 25 May 2020 16:09

Sabah Avropa Məhkəməsi Ramil Səfərovla bağlı qərarını elan edəcəyi bildirilir.

Bu barədə Gununsesi.org-a Avropa Şurasından bildirilib.

Qurumdan verilən məlumata görə, məhkəmə prosesi erməni vətəndaşları – Maxuçyan ve Minasyanın müraciəti əsasında keçiriləcək. Müraciətçilər Azərbaycan və Macarıstana qarşı etdikləri şikayətdə Ramil Səfərovun Azərbaycana təhvil verilməsindən, onun Azərbaycanda prezident sərəcamı ilə əfv edilməsi, mənzil və keçmiş 8 illik əmək haqqı ilə mükafatlandırılmasından narazıdırlar. Onlar “məhkəmənin hökmü ilə amansızcasına insan öldürməkdə ittiham edilərək həbs edilən” Ramil Səfərovun Azərbaycanda ekstradisiyasının Avropa qanunvericiliyi ilə bağlı hüquq pozuntuları olduğunu əsaslandırmağa çalışacaqlar.

İddiaçılar bildirirlər ki, Macarıstanda məhkəmə qərarı ilə ömürlük həbs edilən Ramil Səfərov onların qardaşı oğlunun “başını kəsərək öldürüb”.

Maxuçyan ve Minasyan şikayətlərində Macarıstan tərəfinin yetərli zəmanət almadan Ramil Səfərovun Azərbaycana  təhvil verilməsindən narazıdırlar.

Müraciətçilər Azərbaycanın Avropa İnsan Haqları Anlaşmasının 2-ci maddəsinin əyani və üsul pozuntuları səbəbindən cəzalandırılmasını iddia edirlər.

Hər iki məhkəmə ittihamçısı həmçinin iki dövlətin Strasburq Məhkəməsinin 38-ci maddəsinin(tələb edilən sənədlərin təmin edilməməsi) pozduğunu iddia edir.

Qeyd edək ki, Ramil Səfərovun sabah açıqlanacağı məhkəmə qərarı Azərbaycan, Macarıstan və Ermənistanda maraqla gözlənilir.

Gununsesi.org