Avropa Məhkəməsi Azərbaycanla bağlı 18 qərar verəcək -HÖKUMƏTİ CƏRİMƏ GÖZLƏYİR

  • By admin
  • 03 İyul 2016 15:58

avropa-mehkemesi-300x225

Avropa insan haqları məhkəməsi iyulun 21-də Azərbaycanla bağlı daha 18 iş üzrə öz qərarını elan edəcək . Gununsesi.info xəbər verir ki, bu barədə vəkil Əsabəli Mustafayev öz feyzbuk səhifəsində yazıb: “Elektron poçtuma Avropa Məhkəməsindən gəlmiş məktubda bildirilir ki, apardığım daha 18 iş üzrə 21 iyul tarixində qərarlar elan olunacaqdır. Bu işlərin 15-i qanunsuz həbs və sərbəst toplaşma hüquqlarının pozuntusula bağlıdır.Bu işlərdə Şikayətçilər aşağıdakılardır:
1. Bayramlı Gözəl- 2 iş
2. Həsənov Babək-2 iş
3. Məcidli Məhəmməd-2 iş
4.Abbaslı Tural- 2 iş
5.Hacıyev Cəmil- 2 iş
6.Quliyev Rövşən
7.Məcidli Məcid
8.Ağayev Hikmət
9.İsrafil İkrəm
10. Bayramov Bayram
Digər 3 iş mülkiyyət hüququnun pozuntusua bağlıdır.Ümüd edirəm ki, bütün qərarlar bizim üçün uğurlu olacaqdır”-, deyə vəkil bildirib.