İstanbul terrorçusu Gürcüstanın agenti çıxdı

  • By admin
  • 03 İyul 2016 15:24

mus

İstanbulun Atatürk hava limanında daha iki nəfərlə birlikdə terakt törədərək 45 nəfərin ölümünə, 230-dan artıq adamın ayaralanmasına səbəb olan terrorçu Ahmed Çatayev barədə yeni bir detal ortaya çıxıb.

Musavat.com İnterfaks agentliyinə istinadla bildirir ki, o, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan xüsusi xidmət orqanının agenti olub.

Bu barədə Gürcüstan parlamentinin müdafiə və milli təhlükəsizlik komitəsinin sədri, deputat İrakli Sesiaşvili danışıb.

O deyib: “Təəssüf ki, Çatayev Saakaşvilinin dövründə bizim xüsusi xidmətin agenti olub. Onun Gürcüstan vətəndaşlığı pasportu vardı və onun vasitəsilə müxtəlif ölkələrə gedir, operativ tapşırıqlar yerinə yetirir və maaş alırdı”.

Qeyd edək ki, hazırda Ukraynanın Odessa şəhərinin polis rəisi postunda çalışan Qiorgi Lordkipanidze də dünən eyni fikirləri səsləndirib.