
“Ermənistan məktəblərindəXocalı soyqırımı, Ermənistanın Azərbaycanı işğal faktı və Azərbaycanda millətlərin birgə yaşayışı ilə bağlı yanlış təbliğatlar aparılır”.
Gununsesi.info məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bununla bağlı araşdırma aparıb və faktlar tapıb.
Spiker Oqtay Əsədov ondan faktları təqdim etməsini xahiş edib: “Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə işlərə başlamışıq, bu faktlar bizə lazım olacaq”.
Əsədov əlavə edib ki, hazırda parlamentin 20-dən artıq deputatı Xocalı soyqrımının ildönümü ilə bağlı müxtəlif ölkələrdədirlər. “Elə bu iclasdan sonra da xeyli sayda deputatlarımız xarici ölkələrdə olacaq. Mili Məclisdə də bununla bağlı işlər gedir. Avropa Parlamentində də Xocalı ilə bağlı bəyanat hazırlanır”.
Mürtəza
Gununsesi.info










