İki aya 479 məhbus azadlığa çıxıb - ƏLİ HÜSEYNLİ

  • Müəllif: admin
  • 23 Fevral 2018 12:32

Cinayət Məcəlləsinə edilən dəyişikliyin 2017-ci ilin dekabrın 1-dən qüvvəyə minməsi nəticəsində məhkəmələrə dörd mindən artıq təqdimat daxil olub.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin Hüququ siyasəti və dövlət qruculuğu komitəsinin sədri Əli Hüseynli Cinayət Məcəlləsinə edilən dəyişikliyin qüvvəyə minməsindən sorna qanunların icrası barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, bu təqdimatlar nəticəsində 479 məhkum azad edilib, 585 məhkumum məhkumluq müddəti azaldılıb, 59 məhkumun rejimi dəyişdirilib. “Hazırda 1700 təqdimatlar məhkəmələrdədir və onlara baxılılır. Məcəlləyə dəyişikliklər nəticəsində 5 min məhkum barədə təqdimatın məhkəmələrə göndərilməsi gözlənilir. Ümumilikdə Məcəlləyə dəyişiklik nəticəsində 1500 məhkumun azad olunması gözlənilir. Bundan əlavə olaraq minlərlə insanın cəzası yüngüllləşdiriləcək”.

Komitə sədri onu da əlavə edib ki, Amnistiya aktları zamanı da 1500-2000 məhkum azad edilir və minlərlə məhkuma Amnistaiya qanunu şamil olunur:

“Ona görə də biz Cinayət Məcəlləsinə edilən bu dəyişiklikləri Amnistiya  səviyyəli bir qanun adlandıra bilərik”.

Mürtəza

Gununsesi.info