UEFA superkubokunun qalibi müəyyənləşib. Həlledici oyunda Çempionlar Liqasının son qalibi “Real” (Madrid) və Avropa Liqasını qazanan “Sevilya” üz-üzə gəlib. Oyunun əsas vaxtı 2-2 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtda isə “Real” daha bir qol vuraraq kuboku qazanıb.
Qollar: Asensio, 21 (1:0), Franko Vaskes, 41 (1:1), Konoplyanka, 72 (1:2), Serxio Ramos, 90+3 (2:2), Karvaxal 119 (3:2)
Qırmızı vərəqə: Kolodziejçak 93 (“Sevilya”)