Avropa Şurasının baş katibi həyəcan təbili çalır - DEMOKRATİK GERİ ÇƏKİLMƏNİ DAYANDIRMASAQ...

  • By admin
  • 17 May 2023 00:22

İslandiya paytaxtı Reykyavikdə  Avropa Şurasına üzv ölkələrin hökumət  və dövlət başçılarının Demokratiya Sammitində qurumun baş katibi Mariya Peyçinoviç Buriç geniş çıxış edib. 

Gununsesi.info-nun Reykaykivə ezam olunan əməkdaşının xəbərinə görə, Baş katib Sammitdə demokratik geri çəkilməni dayandırmaq üçün təcili tədbirlərin görülməsi vaxtı çatdığını deyib.

O,  Rusiyanın Ukraynaya təcavüzünün demokratik geri çəkilmənin ifrat nümunəsi olduğunu vurğulayıb.

Baş katib, həmçinin bildirib ki, Avropa Şurası ölkələrində İfadə azadlığı – xüsusən də mediada birləşmək azadlığı, azlıq qruplarına qarşı ayrı-seçkiliyin və nifrət ifadələrinin artması da açıq-aşkar görünür.

Mariya Pejçinoviç Buriç sammitdə iştirak edən dövlət və hökumət başçılarına səslənib:

Bunu dayandıra bilərsiniz. Bu tendensiyaları geri qaytara bilərsiniz. Siz Avropanı ayağa qaldırmaqla və hər bir fərdin hüquqlarına hörmət edildiyi zaman yaranan sülh və demokratik təhlükəsizliyi təmin etməklə Rusiyanın cavabını da verə  bilərsiniz. Bu zirvə sizə bu fürsəti verir. Həm də təkcə sözlə deyil, əməllə bunu edə bilərsiniz“.

Baş Katibin sözlərinə görə, dəyişikliyə aparan yol Avropa İnsan Hüquqları Konvensiyasının həyata keçirilməsindən və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tez və tam şəkildə icrasından keçir:

Mən bu sammiti demokratiya ilə bağlı Reykyavik prinsiplərini dəstəkləməyə çağırıram. Avropa sərt seçim qarşısındadır. Biz standartlarımızın iflasa uğramasına icazə verə bilərik və Avropanın vəhşi təbiətə doğru sürüşdüyünü görə bilərik. Yaxud, biz son yetmiş onillikdə bu qədər insana bu qədər yaxşılıq gətirən şeyə yenidən sərmayə qoya bilərik… Bu, sizin Avropa Şurası üçün güclü və davamlı kurs təyin etmək üçün bir şansdır”.

 

Pərviz Həşimli 

İslandiya/Reykyavik 

Gununsesi.info