Avropada enerjinin bahalaşması vətəndaşların həyatına - Təsir edib

Avropada insanlar borclarını ödəyə bilmədikləri narahatdır. Ötən ilin oktyabr və noyabr aylarında keçirilən sorğunun məlumatlarına görə, Avropa ölkələrində istehlakçıların demək olar ki, yarısı hesablarını ödəyə bilmədikəri üçün narahatdırlar.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu siyahıya respondentlərin 48 faizinin müxtəlif ödənişlərini, o cümlədən mənzil kreditləri və işə getmək üçün nəqliyyat xərclərini əlavə etmək olar.

Vətəndaşların 37 faizi hesablarını ödəmək üçün əmanətlərindən istifadə etməlidir. Bundan əlavə, faiz dərəcələrinin dəyişməsi səbəbindən mənzil krediti istifadəçilərinin yüzdə 10-unun ödənişləri artıb.

Eyni zamandan Avropada özünü göstərən enerji böhranı vətəndaşlara da mənfi təsir göstərib. Enerji qiymətlərinin artması ilə əlaqədar istehlakçıların yarıdan çoxu vərdişlərini dəyişib.

Vətəndaşların 71 faizi evdə enerjiyə qənaət edir. Bundan əlavə, istehlakçıların 28 faizi nəqliyyat variantlarını daha rahat olanlara dəyişib.

 

Tərcümə:

Şəbnəm

Gununsesi.info