Avropalı məruzəçilər həqiqətə yox yalan danışanlara inanırlar - BƏKİR BOZDAĞ

  • By admin
  • 12 İyul 2017 12:54

 

bekir-bozdag-2

“Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri hazırladıqları hesabatlarla Avropa parlamentarilərini aldadırlar”. 

Gununsesi.info-nun məlumatına görə, bunu bu gün bir qrup Azərbaycan və xarici media mənsubu ilə görüşündə Türkiyənin ədliyyə naziri bildirib.

B.Bozdağ deyib ki, Türkiyə üzrə məruzəçilərin dəyişməsi vacibdir: “Türkyənin bir sıra şəhərlərində PKK terrorçuları xəndəklər qazdılar, işğal etdilər,  silahla insanları nəzarətə aldılar. Türkiyə ordusu həmin şəhərləri azad etdi. Avropada hər hansı şəhərdə belə bir hal olsaydı, nə edərdilər? Ancaq bu gün silahla atəş açarkən məhv edilən terrorçular mülki şəxs kimi göstərirlər. Həmin əməliyyatlar zamanı bir mülki şəxsin də burnu qanamadı. Ancaq biz həqiqətə avropalı məruzəçiləri inandıra bilmirik, ancaq yalan söyləyənlərə inanırlar “.

 

B.Bozdağ qeyd edib ki, ABŞ, Avropa üçün Əl-Qəidə liderinin qorunması nə dərəcədə narahatlıq doğurardısa, FETÖ lideri Fətullah Gülənin ABŞ-da saxlanılması, mühafizə edilməsi də Türkiyə xalqında o dərəcədə narahatlıq doğurur:

“Əgər ABŞ-da Ağ saray, parlament, Pentaqon bombalansa, insanlar qətlə yetirilsə, həmin çevriliş cəhdinin lideri Türkiyədə olsaydı, bu, ABŞ-da hansı reaksiya doğurardı? FETÖ lideri hazırda da ABŞ-da yaşayır, heç bir maneə olmamaqla terror təşkilatını idarə edir. Bir məqamı da qeyd  etmək istəyirəm. FETÖ ABŞ, Almaniya, Fransa və digər ölkələr üçün də bir zaman təhdid olacaq. Biz bunu deyəndə həmin ölkələrin rəsmiləri dodaq altında bizə gülürlər. Ancaq təhlükənin səviyyəsini bilmirlər. FETÖ vəzifəlilərin, imkanlı şəxslərin övladlarını və istedadlı uşaqları məktəblərinə cəlb edir, FETÖ liderinə sadiq şəxslər kimi yetişdirirlər. FETÖ 40 ildən sonra Türkiyədə hərbi çevriliş cəhdi etməyə cəsarət etdi. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin təlimat zabiti FETÖ üzvü olub, deyir ki, hər gün Baş Qərargah rəisinin otağına səsi yazan cihaz qoymuşam. Bu səs yazılarını nə edirlər? Xidmətində olduqları xarici kəşfiyyat qurumlarına təqdim etmək üçün bu səs yazıları lazımdır. Əgər ABŞvə digər ölkələrdə FETÖ-nün yetişdirdikləri gənclər 20 ildən sonra həmin ölkələrdə bu əməlləri edəcəklər. Bunu yaşayıb görəcəyik, o zaman biz türkləri dinləmədikləri üçün təəssüfləndiklərini bildirəcəklər”.

Türkiyənin ədliyyə naziri nəzərə çatdırıb ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi Yaşar Gülərin təlimat zabiti hərbi çevriliş cəhdi zamanı ayaqlarını Y. Gülərin başının üzərinə qoyub: “Yaşar Gülərdən mən soruşdum ki, hərbi çevriliş cəhdindən əvvəl təlimat zabitinin necə bir insan olduğunu soruşsaydım, nə cavab verərdiniz? Dedi ki, deyəcəkdim ki, mənə oğlum və qızımdan yaxındır. FETÖ belələrini yetişdirir”.

Gununsesi.info