Avropalılardan koronavirus testi tələb olunmayacaq

  • By admin
  • 06 Fevral 2022 11:45

Avropa vaksin sertifikatına sahib olanlardan Yunanıstana səfər zamanı əlavə COVID-19 testi tələb edilməyəcək.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə ölkənin səhiyyə naziri Tanos Plevris televiziyaya müsahibəsində deyib.

Nazir bildirib ki, fevralın 7-dən etibarən Avropa vaksin sertifikatına sahib olan şəxslər Yunanıstana daxil olarkən onlardan mənfi nəticəli test tələb edilməyəcək.

Bununla belə, könüllü test olunmaq hər bir turistin öz seçiminə buraxılıb.

Avropa mediasının qənaətinə görə, Yunanıstan bu addımla turist axınını gücləndirməyə çalışır.

Gununsesi.info