Avropanın ən yaşlı sakini vəfat edib - 116 YAŞINDA

  • By admin
  • 16 Dekabr 2017 20:42

Avropanın ən yaşlı qadın sakini Ana Vela 116 yaşı tamam olandan 1,5 ay sonra Barselonadakı qocalar evində vəfat edib.

Gununsesi.info xəbər verir ki, peşəcə dərzi olan Ana Vela 1901-ci ilin oktyabrında Andalusiya vilayətinin Puente-Xenil bələdiyyəsində doğulub. Onun səhhətində, demək olar, heç bir problem olmayıb.

A.Vela son illərdə İspaniyanın uzunömürlülük rəmzinə çevrilmişdi. Onun qızlarından birinin 90, nəvəsinin isə 65 yaşı var.

Gununsesi.info