Avropaya cavab zərbəsi hazırlayırıq –  Medvedyev

  • Müəllif: admin
  • 29 İyun 2017 20:06

medvedyev
Avropa Birliyinə (AB) tətbiq edilən embarqonun müddətini 2018-ci ilin sonuna qədər uzatmağı düşünürük.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Baş naziri Dmitri Medvedyev Nazirlər Şurasında çıxışı zamanı deyib.

“AB dünən Rusiyaya qarşı sanksiyaları uzatmaqla bağlı qərar verdi. Təəssüf ki, avropalı partnyorlarımız bizə qarşı qeyri-konstruktiv siyasəti davam etdirir. Siyasət yenə də iqtisadiyyatı üstələyir”, – baş nazir bildirib.

Qeyd edək ki, AB Rusiyaya qarşı sanksiyaları 2018-ci ilin yanvarın 31-nə kimi uzatmaq barədə qərar vermişdi.

Gununsesi.info