Avstraliya zooparkında nadir ağ koala doğuldu

  • By admin
  • 22 Avqust 2017 21:05

koala

Avstraliya zooparkında son aylar ərzində doğulan kisəli heyvanlardan biri mütəxəssislərin marağına səbəb olub.

Gununsesi.info BBC-yə istinadla xəbər verir ki, ekspertlər ağ tüklü dişi koalanın doğulmasını nadir hal sayırlar.

Avstraliyanın Queensland zooparkının mütəxəssislərinin bildirdiyinə görə, koala balasının ağ rəngi albinizm xəstəliyi ilə bağlı deyil. Onlar belə güman edirlər ki, bala koalanın ağ tükü anası irsi yolla keçmiş resessiv genin təsiri nəticəsində əmələ gəlib.

Ekspertlər hesab edir ki, bu rəngdə koala vəhşi təbiət şəraitində doğulsaydı, onun sağ qalma şansı çox az olacaqdır.

“Baytarlıqda bu hal “gümüşü genin” təsiri kimi göstərilir. Heyvanlarda ağ tük onlar böyüdükcə tökülür və onların rəngi tədricən normal hala gəlir”,- deyə zooparkın baytar klinikasının direktoru, doktor Rosie Buç deyib.

Mərkəzi Queensland universitetinin ekoloqu, doktor Alistair Melzer isə qeyd edib ki, koalaları 20 ildən artıqdır ki, müşahidə edir və indiyə qədər onların arasında ağ dərili heyvana rast gəlməyib. Onun sözlərinə görə, koalalar qartal və bayquş kimi yırtıcı heyvan sayılır. Vəhşi təbiət şəraitində ağ rəngdə heyvanın özünü gizli saxlaya bilməsi çətindir.

Gununsesi.info