Bu şəhər son 10 ilin rekordunu təzələdi…

  • By admin
  • 22 Avqust 2017 20:55

trend_paris_171012

Paris Regional Turizm Komitəsi tərəfindən açıqlanan rəqəmlərə görə, Fransa paytaxtını ziyarət edən turistlərin sayı ötən ilin müvafiq dövrü iə müqayisədə 1,5 milyon artıb.

Gununsesi.info-nun məlumatına görə, bu ilin ilk yarısında Parisə 16 milyon turist gəlib. Bu da son 10 ildə Fransa paytaxtına turist ziyarətinə görə ən böyük rəqəmdir. Bu şəhərə gələn əsas turistlər isə ABŞ vətəndaşlarıdır – 1,14 milyon.

Fransa Turizm Nazirliyi ötən ay etdiyi açıqlamada bu il ölkəyə rekord sayda – 89 milyon turstin ziyarət edəcəyini gözlədiklərini bildirmişdi.

Gununsesi.info