Avstriya kansleri geylərin festivalına qatıldı

  • By admin
  • 19 İyun 2016 15:15

Cristian Cern

 

Mayda Avstriya kansleri vəzifəsinə təyin olunan sosial-demokrat Kristian Kern Vyanada ənənəvi olaraq 20 il keçirilən geylərin festivalında iştirak edib.

Gununsesi.info xəbər verir ki, kansler festivalda çıxış edərək ABŞ-ın Orlando şəhərindəki gey-klubunda qətliam qurbanlarının xatirəsini anıb və cinsi azlıqları dəstəklədiyini bildirib.

Kansler cinsi azlıqların ölkənin bərabər hüquqlu vətəndaşları olması istiqamətində səylərini əsirgəməyəcəyini vəd edib.  (RİA Novosti, Lent.az)