Avstriyada hökumət böhranı: kanslerə etimadsızlıq…

  • By admin
  • 10 Oktyabr 2021 09:36

Oktyabrın 12-də Avstriyanın Federal Kansleri Sebastian Kurts və onun yaxın ətrafına qarşı qaldırılan korrupsiya ittihamları ilə əlaqədar Avstriya parlamentinin xüsusi iclası baş tutacaq.

 

Gununsesi.info “CNN”ə istinadla xəbər verir ki, iclasda müxalifət partiyaları kanslerə qarşı etimadsızlıq votumu üçün məsələ qaldırmağa hazırlaşırlar. Belə ki, əgər parlamentdə təmsil olunan deputatların əksəriyyəti müraciəti dəstəkləsələr, o zaman ölkənin siyasi arenasında “domino effekti” yarana bilər.

 

Federal Kanslerin sədri olduğu Avstriya Xalq Partiyasından (ÖVP) bildirilib ki, bu partiyadan olan bütün hökumət nümayəndələri S. Kurtsun fəaliyyətini dəstəkləyir və ona etimadsızlıq göstəriləcəyi şəkildə bütün ÖVP üzvləri həmrəy şəkildə hökuməti tərk edəcəklər.

 

Belə olacağı halda dövlət başçısı Aleksander Van der Bellen hökumətin işlək fəaliyyətini təmin etmək üçün dərhal müvəqqəti hökumət təyin etməlidir.

Gununsesi.info