Avstriyada parlament seçkiləri keçirilir

  • By admin
  • 29 Sentyabr 2019 11:28
Avstriyada parlament seçkilərində birinci seçki məntəqələri açılıb.
Gununsesi.org xarici mətbuata istinadən xəbər verir ki, seçki məntəqələrindən bəziləri yerli vaxtla saat 6:00-da işləməyə başlayıblar. Digər seçki məntəqələri isə saat 10:00-da açılacaq. Respublika hakimiyyəti rəsmən kommunalara və şəhərlərə seçki məntəqələrinin iş vaxtını müstəqil qurmağa icazə verib. Ancaq gözlənilir ki, saat 17:00-da bütün məntəqələr bağlanacaq və səslərin hesablanmasına başlanacaq.
Milli Şuranın (parlament aşağı palatası) tərkibinə 183 deputat daxildir. Onlar yalnız partiya siyahıları üzrə seçilirlər. Parlamentində yerlərə iddia edən partiya 4%-lik baryeri keçməlidir.
Gununsesi.org