Avtobus gölə aşdı - 12 ÖLÜ

  • By admin
  • 10 Oktyabr 2017 08:10

qeza_0235

Tanzaniyanın şimalında ağır yol qəzası baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sərnişin mikroavtobusunun Viktoriya gölünə düşməsi nəticəsində 12 nəfər ölüb.

Məlumata görə, sərnişinləri bərə keçidinə aparan nəqliyyat vasitəsi qəflətən yoldan çıxaraq suya düşüb. Üç nəfər hadisənin şahidləri tərəfindən xilas edilib.

Qəzanın səbəbləri araşdırılır.

Gununsesi.info