
Serbiyanın paytaxtı Belqradda zəncirvari qəza olub.
Gununsesi.info xəbər verir ki, mərkəzi küçələrdən birində minik avtomobili içərisində 74 sərnişin olan avtobusa çırpılıb. Zərbənin gücündən avtobus svetafora dəyib. Svetafor isə ərzaq maşınının üzərinə aşıb.
Hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Gununsesi.info












